Demokratik TV
Xəbər lenti
Nobel mükafatı 1.1 milyon dollar oldu
- 26 sen 2020, 09:47
Nobel mükafatı qaliblərinə pul mükafatı 1 milyon İsveç kronu (110 min dollar) artırılıb.
Bu haqda Nobel Fondu açıqlama yayıb. Bu ildən mükafatın pul məbləği 10 milyon krona (1,11 milyon dollar) çatdırılır. Fondun rəhbəri Lars Heykensten sentyabrın 24-də “Dagens Industri” qəzetinə deyib.
Dinamit ixtiraçısı Alfred Nobel mükafatlar üçün 31 milyon kron (indiki pullar 1.8 milyard krona yaxın) vəsait qoyub. Mükafat 1901-ci ildən verilir.150 min krondan başlanan mükafat məbləği 1981-ci ildə 1 milyon krona çatdırılıb.
1980 və 1990-cı illərdə qiymət kəskin qalxıb, 2000-ci ildə 9 milyon, bir il sonra 10 milyon krona bərabərləşib.
2008-2009-cu illərin qlobal maliyyə böhranı Fondun sərmayələrinə və pul mükafatına da təsirini göstərib. Məbləğ 2012-ci ildə 8 milyon krona salınıb, 2017-ci ildə 9 milyona qalxıb. Bu il tibb, fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat üzrə mükafatların qalibləri oktyabrın 5-dən başlanaraq elan olunacaq.
Nobel fondu Stokholmda ənənəvi mükafatlandırma və banketin koronavirus pandemiyasına görə təxirə salındığını bildirir. Televiziya ilə keçirilən tədbirdə laureatlar öz ölkələrində mükafatları qəbul edəcəklər. Norveçin paytaxtı Osloda keçirilən Sülh Mükafatı mərasimi isə məhdud versiyada təşkil olunacaq, ənənəvi banket təxirə salınacaq.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Stokholmda Nobel həftəsi başlayır
Allahşükür Paşazadə Nobel Sülh Mükafatına namizəd kimi təsdiqlənib
Problemli kreditlər 1 milyard 857 milyon manata çıxdı
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Azərbaycan Mərkəzi Bankı hesabatını açıqlayıb
Dünyada 2 milyard yoxsul insan var
Uqanda Roma Papasının dini ayininə şahidlik etdi
Azərbaycan pomidor ixracını artırıb
Dünya Bankı ilə kredit müqaviləsi imzalandı
Trampın gəlirləri açıqlandı
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti