Azərbaycan Mərkəzi Bankı hesabatını açıqlayıb

  • 29 apr 2020, 20:03
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 22 623,789 milyon manat təşkil edib.
Demokratik.Az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% çoxdur.
AMB-nin aktivlərinin 17 489,533 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 7% çox), 4 309,312 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 12% az), 359,921 milyon manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (0,5% az), 270,971 milyon manatını isə banklara verilmiş kreditlər (12,8% az) təşkil edib.
2019-cu ildə AMB-nin öhdəlikləri 13,8% artaraq 20 047,412 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələri 24,4% artaraq 10 405,513 milyon manat, rezident bankların qısamüddətli depozitləri 9% azalaraq 3 075,773 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 69% artaraq 2 734,428 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9% azalaraq 2 721,369 milyon manat, qurumun balans kapitalı isə 42,2% azalaraq 2 576,377 milyon manat olub.
Oxşar xəbərlər