Problemli kreditlər 1 milyard 857 milyon manata çıxdı

  • 08 noy 2017, 19:53

Bu il oktyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 857 milyon manat olub. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank belə hesabat açıqlayıb.

Ay ərzində problemli kreditlər 33 milyon manat artıb. Sentyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 824 milyon manat idi.

2017-ci ilin əvvəlində problemli kreditlərin həcmi 1 milyard 472,6 milyon manat göstərilib. Fevrala məbləğ 1 milyard 633,1 milyon manata qalxıb, marta 1 milyard 556,4 milyon manata düşüb.

Aprelin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 590,3 milyon manata, mayın 1-nə 1 milyard 594 milyon manata, iyunun 1-nə 1 milyard 739,8 milyon manata, iyulun 1-nə 1 milyard 810,7 milyon manata, avqustun 1-nə 1 milyard 812,8 milyon manata yüksəlib.

Yanvar-sentyabr aylarında problemli kreditlər 384,4 milyon manat çoxalıb.

Oxşar xəbərlər