Böyük Şekspirin misilsiz sitatları...

  • 26 apr 2020, 13:16
Bu qanadlı ifadələr 4 yüz ildən sonra da aktualdır.
XVI əsrdə yaşayıb-yaratmış ingilis dramaturqu Uilyam Şekspirin tükənməz əsərləri dünya ədəbiyyatının qızıl klassikasına çevrilmiş və hələ də oxucular arasında çox populyardır.
Şekspirin pyesləri bu gün də səhnələşdirilir, kinostudiyalar onların əsasında filmlər çəkir və personajların tarixi və ya müasir geyimlərdə olmalarından asılı olmadan (məsələn, Romeo və Cülyetta Leonardo Di Kaprio və Kler Deyns ilə olduğu kimi), bütün dialoqlar və fikirləri çox aktual səslənir.
Bu fenomen onunla zah olunur ki, Şekspir humanist idi və öz pyeslərində ümumbəşəri dəyərlərinə, xarakterlərə və insanların həyəcanlarına toxunurdu. O intibah dövrünün ideallarını məharətlə səhnəyə daşıya bildi: onun daxilində başlıca yeri insan, onun şəxsiyyətinin gücü və sevmək bacarığı tuturdu.
Bu gün böyük şair və klassikin vəfat etdiyi gündən 404 il ötür. Ens.az saytı Şekspirin ən yaxşı sitatlarını təqdim edir və əfsanəvi söz ustasını hörmətlə ağır.
Başqalarının günahlarını mühakimə etmək üçün çox çalışırsınız, öz günahlarınızdan başlayın - başqalarına gedib çata bilməyəcəksiniz.
Gözəlliyə aşiq olmaq olar - ancaq yalnız ruhu sevmək olar! 
Xoşbəxtliyi qazanmaq üçün qaçmağı bacarmaq lazımdır.
Bir baxışla sevgini öldürmək olar, bir baxışla da yenidən diriltmək. 
Sözlərin az olduğu yerdə onların çəkisi olur.
Bal o qədər şirindir ki, nəhayət acıdır. Dadın bolluğu dadı öldürür.
Sevgi onun arxasınca düşənlərdən qaçır, ancaq kim ondan yan qaçırsa onun boynuna tullanır.
Ən çox yayılmış arzu- başqalarından fərqlənməkdir.
İki nəfər hansısa sirri o zaman yaxşı qoruyurlar ki, onlardan biri onu bilmir. 
Musiqi kədəri boğur.
Əsl sevgi danışa bilməz, çünki həqiqi hiss sözdə deyil, əməldə daha çox ifadə olunur. 
Axmaqlıq və müdriklik yoluxucu xəstəliklər qədər asanlıqla ötürülür. Buna görə də yoldaşlarınızı seçin.
Cəhənnəm boşdur. Bütün cinlər buradadır.
Ağılla sevgi nadir hallarda ahəngdar yaşayır.
Bu dünyada pis və ya yaxşı bir şey yoxdur. Yalnız bizim nəyəsə münasibətimiz var
Gözyaşları qadınların silahıdır.
Ən yaxşısı - düz və sadə deyilmiş sözdür.
Sağlamlıq qızıldan daha qiymətlidir.
Ölçmək olsaydı, məhəbbət kasıbdır.
Göstərdiyindən daha çox şeyə sahib ol.
Tərcüməçi: Fəxri Qocayev
Mənbə: wday.ru
Oxşar xəbərlər