Erməni məktəblərində Türkiyə bayrağı asıldı

  • 31 yan 2019, 23:43

ABŞ-ın Kaliforniya ştatında erməni məktəblərində Türkiyə bayrağı asılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Rusarminfo” NBC Los Angeles telekanalına istinadən məlumat yayıb.

Bildirilir ki, polis Ferrahyan erməni məktəbi və Manukyan-Demirçyan təhsil müəssisəsinin ərazisində onlarla Türkiyə bayrağını aşkarlayıb.

Qeyd olunur ki, naməlum şəxs gecə məktəblərin ərazisinə daxil olaraq bayraqları asıb.

Los-Anceles polisi araşdırma aparır.

Oxşar xəbərlər