“DQR” bayrağını qaldırmış erməni döyüşçü yarışlardan qovulub
- 26 fev 2017, 11:57
"Fight Nigts Global” şirkəti Azərbaycan təmsilçisi
Elnar İbrahimovla döyüşdən sonra təxribata yol verən erməni döyüşçü Vartan
Asatryanla müqaviləni pozub. Qurumun saytında bildirildiyinə görə, bununla
bağlı Asatryana rəsmi bildiriş göndərilib.
Onun qovulmasına səbəb kimi geyimində siyasi məzmunlu simvoldan istifadə etməklə
etik normaların pozulması göstərilib. Şirkət bildirir ki, döyüşçülərin müqavilələrində
bu məsələyə dair bəndlər var:
"Anlaşmada həmin bəndlərə mütləq əməl olunması tələbi əksini tapıb”.
Qeyd edək ki, Krasnodarda yaşayan Vartan Asatryan Elnar İbrahimovla döyüşə üzərində
Rusiya və Ermənistanla yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının
bayraqlarının əks olunduğu şortiklə çıxıb. Həmin şortikdə həm də qondarma erməni
soyqırımından bəhs edən təsvir olub. Asatryan İbrahimovu məğlub etdikdən sonra
isə rinqdə qondarma qurumun bayrağını nümayiş etdirib.
Demokratik,Az