Erməni ordusu gecə yarısı Qarabağda itki verdi - 1 ölü

  • 16 yan 2018, 13:23

İşğal olunmuş Azərbaycan ərazilərində erməni əsgər ölüb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, hadisə 16 yanvar gecəsi baş verib. Dağlıq Qarabağdakı separatçı qurumun qondarma "müdafiə nazirliyi”nin məlumatında deyilir ki, ötən gecə saat 01.15 radələrində Qarabağdakı erməni ordusunun şimal istiqamətindəki hissələrinin birində hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Arutyun Xaçatryan müəmmalı şəraitdə ölümcül güllə yarası alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Oxşar xəbərlər