Baş prokuror prokurorlara göstəriş verdi – Foto

  • 25 yan 2019, 13:43

Baş prokuror Zakir Qaralov yanvarın 25-də Şamaxı Rayon Prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Zakir Qaralov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror Zakir Qaralov bölgədə yaşayan 28 vətəndaşın müraciətini dinləyib.

Qaldırılan məsələlər üzrə müraciətlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər