Zakir Qaralov Siyəzəndə vətəndaşları qəbul edib

  • 27 sen 2017, 15:45

Azərbaycan Respublikası baş prokuroru Zakir Qaralov sentyabrın 27-də Siyəzən rayon prokurorluğunun inzibati binasında Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Prokurorluğun mətbuat xidməti tərəfindən musavat.com-a verilən məlumatda Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 17 vətəndaş qəbul edildiyi, onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapdığı bildirilir.

Qəbul zamanı həmçinin, müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verildiyi qeyd olunur.

Məlumatda vətəndaşların bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edildiyi vurğulanır.

Demokratik.Az


Oxşar xəbərlər