Dünyanın ən təhlükəsiz şəhərləri - Bakı neçənci yerdədir?

  • 22 sen 2018, 10:00

Kifayət qədər tanınmış   "Numbeo” servisi hər il olduğu kimi, dünya şəhərlərinin  illik təhlükəsizlik reytinqini dərc edib. Mütəxəssislər dünyanın 327  şəhərinin  təhlükəsizlik səviyyəsini təhlil ediblər.

Rəsmi statistika ilə yanaşı, digər mənbələrdən də istifadə edilərək hazırlanan cədvəldə ən təhlükəsiz şəhər adına  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi  layiq görülüb.  Sonrakı  yerləri  Qətərin paytaxtı  Doxa və İsveçrənin Bazel şəhərləri tutur.


MDB məkanında isə ən yaxşı göstərici Tbilisiyə aiddir. Gürcüstan paytaxtı 16-cı yerdədir.  Tallin 17-cidir.  Qardaş Türkiyənin  ən sakit şəhəri Bursa sayılır. Buşəhər siyahıda 14-cü yeri tutur. İstambul daha çox təhlükəlilər kateqoriyasına aiddir – 218-ci yer!

Siyahıya görə, Cənubi Qafqazda ikinci ən təhlükəsiz şəhər Bakı sayılır. Paytaxtımız təhlükəsizlik baxımından  327 ölkə arasında 41-ci yerə layiq görülüb. İrəvan isə 57-cidir. Kiyev 197-ci, M

Moskvada vəziyyət daha pisdir – Rusiya paytaxtı təhlükəsizlik baxımından 184-cü yerdədir. Minsk 35-ci, Kiyev  isə 197-cidir. Tehran isə hətta  240-cıdır. Dünyanın ən təhlükəli şəhəri isə Hondurasda yerləşir – San Pedro Sula.

Oxşar xəbərlər