"İŞİD-in paytaxtı" Rakkada vəziyyət pisləşib

  • 27 iyul 2017, 09:32
Son ay ərzində Suriyanın Rakka şəhərində vəziyyət pisləşib.

APA-nın xəbərinə görə, bu barədə BMT baş katibi Antoniu Quterreşin Təhlükəsizlik Şurasına göndərdiyi məruzədə bildirilir.

"Şəhərdə vəziyyət son dərəcə ağırdır. Hava zərbələri və quru əməliyyatları nəticəsində mülki vətəndaşlar həlak olmaqda davam edir. İyun ayında Rakkada 173 nəfər həyatını itirib. Hazırda silahlıların nəzarəti altında olan ərazilərdə 30-50 min dinc insan qalmaqdadır ”, Quterreş yazıb.

Qeyd edək ki, Rakka şəhəri 2013-cü ildən terrorçuların nəzarətindədir. İŞİD terror qruplaşması şəhəri "paytaxt" elan edib. 2016-cı ildə ABŞ rəhbərliyi altında beynəlxalq koalisiya şəhərin azad edilməsi üçün əməliyyata başlayıb.

"Demokratik.Az"

Oxşar xəbərlər