Dünyanın ən təhlükəli şəhərləri -qarət, qətl, zorakılıq

  • 22 noy 2015, 10:42
Dünyada irili-xırdalı onminlərlə şəhər var. Hər birinin də özünəməxsus tarixi, xüsusiyyəti. Elə şəhərlər də var ki, onlar digər iri yaşayış yerlərindən fərqlənirlər. Nə ilə? Məsələn, təhlükəli olmaları ilə. Biz də dünyanın ən təhlükəli şəhərlərini tanıtmağa çalışacağıq.
 
Beləliklə, Demokratik.Az Publika.az-a istinadən dünyanın dəhşətlərlə dolu 3 şəhərini təqdim edir.
 
Bu şəhərlərdən biri Bağdaddır. ABŞ-ın İraqı işğal etməsindən sonra keçən 10 ildən artıq müddət ərzində bu şəhərdə qan su yerinə axır. Hərbi əməliyyatlardan, terrordan yorulmuş şəhərin bəzi yerləri xarabalığa çevrilib.
 
Kimsənin kimsəyə güvənmədiyi Bağdadda sakinlər partlayış, atəş səslərinə yuxudan oyanırlar. Əcnəbi əsgərlərin güllə səsləri şəhərdə xaos yaradır.
 
İnsan itkilərinə, mülki sakinlərin ölümlərinə, partlayışlara görə dünyanın ikinci ən təhlükəli şəhəri uzun müddət vətəndaş müharibəsinin getdiyi Moqadişodur. Aclığın, yoxsulluğun hökmranlıq etdiyi Moqadişoda minlərlə insan səfalət içində yaşayır. Bu səbəbdən də qarət, soyğunçuluq, insan oğurluğu, günahsız insanların qətli son günlər Somalinin paytaxtının əsas "emblem”lərindən birinə çevrilib.
 
Şəhərin bir qismi radikal islamçı ekstremist qüvvələrin nəzarəti altındadır. Hərbiləşmiş qruplaşma əl-Qaidə terrorçu təşkilatı ilə əlaqədədir.
 
Moqadişo son vaxtlar dünyanın ən çox bomba partlayan şəhərlərindən birinə çevrilib. Bu səbəbdən şəhərin az-çox imkanlı insanları onu kasıblara və yoxsullara buraxıb gedirlər. Yoxsullar isə qarınlarını doyurmağın və canlarının hayındadırlar.
 
Venesuelanın paytaxtı Karakas da dünyanın 3 ən təhlükəli şəhəri sırasında yer alır. Lakin bu ölkədə və onun baş şəhərindəki problemlər Bağdad və Moqadişo ilə müqayisədə fərqlidir. Kriminal durum bu cürdür: - Karakasda hər 100 nəfərə 118 cinayət faktı düşür.
 
Karakas həm də narkotik qaçaqmalçılığının əsas məkanlarındandır. Bəzilərinin cənnət şəhəri adlandırdığı Karakas heç də turistlər, xüsusən də varlı qonaqlar üçün əlverişli yer deyil. Şəhərin bütün küçələrində soyğunçuluğa və zorakılığa məruz qalmış ailəyə rast gəlmək mümkündür.

Demokratik.Az