Mehman Hüseynov həbsdə qaldı - Səbəb

  • 24 avq 2018, 17:40

Gözləntilər özünü doğrultmadı. Həbsdəki blogger Mehman Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunmadı.

"Demokratik.Az"-ın məlumatına görə, vəkil Şəhla Hümbətova bildirib ki, cəza çəkmə müəssisəsinin rəhbərliyi məhkəməyə mülahizəsində Mehman Hüseynovun islah olunmadığını deyib.

Müəssisə rəhbərliyi bildirib ki, M.Hüseynovun cəzaçəkmə müəssisəsindəki tədbirlərdə, iməciliklərdə iştirak etməyib, müəssisə əməkdaşlarına qarşı səmimi olmayıb. Məhz bu mülahizələrə əsaslanaraq, məhkəmə Mehman Hüseynovu azadlığa buraxmayıb.

Xatırladaq ki, bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmə iclası bu gün saat 15:00-da keçirilib.

Bloqqerin ərizəsinə hazırda 14 saylı cəzaçəkmə müəssisəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxıb.

M.Hüseynov Cinayət Məcəlləsnin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.

Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından da çoxunu çəkib.

Demokratik.Az

Oxşar xəbərlər