Mehman Hüseynov sərbəst buraxılıb

  • 10 yan 2017, 20:26
Nəsimi rayon məhkəməsi blogger Mehman Hüseynovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi təqsirli bilib. 

Qərarı hakim Babək Pənahov verib. Məhkəmədən sonra jurnalistlərə açıqlama verən Mehman Hüseynov bildirib ki, yanvarın 9-da axşam saatların dostlarından ayrıldıqdan sonra təxminə 8 nəfər şəxs onun başına torba keçirərək, kobud və təhqiramiz formada naməlum istqamətə aparıb. Bədəninə elektoşok verildiyini deyən M.Hüseynov əlavə edib ki, 3 saat başında torba, başı aşağı əyilmiş vəziyyətdə saxladılar. "Mənə təhqiramiz davranaraq, niyə belə fəaliyyətlə məşğul olduğumu soruşurdular. Sonra Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin qəbuluna aparıblar. Həmin vaxt ürəyim getdi, sudurğa tutdu, dedilər su gətirin. O vəziyyətdə olmağımdan istifadə edərək, hansısa sənədə qol çəkdirdilər. Ancaq məhkəmədə hakim baxdı ki, mənim imzamla uyğun gəlmir. Məhkəmədə çıxış edərək bildirdim ki, bu, mənə qarşı şərdir. Mən heç nədən qorxmuram. Məhkəmə bəlkə də sutkalıq həbs verəcəkdi, amma saxta olduğunu görərək, cərimə qərarı çıxardı. O cəriməni də ödəməyəcəyəm.”

Qeyd edək ki, Mehman Hüseynovun yanvarın 9-da axşam saatlarından yox çıxdığı barədə dostları və qardaşı Emin Hüseynov məlumat yaymışdı. Səhər saatlarında vəkil Elçin Sadıqovun və həmkarlarının axtarşından sonra M.Hüseynovun Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olub. 
 
Oxşar xəbərlər