Demokratik TV
Xəbər lenti
Beyləqanda kütləvi zəhərlənmə
- 03 sen 2016, 19:29
Beyləqanda toyda kütləvi zəhərlənmə baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayon mərkəzində yerləşən "Xudafərin" şadlıq sarayında keçirilən toy mərasiminə gələn qonaqlar arasından 80 nəfərə yaxın şəxs Beyləqan Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra onların hamısı evə buraxılıb.
Beyləqan MRX-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, müraciət edənlərdən müəyyən nümunələr götürülərək paytaxta labarotor müayinəyə göndərilib.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edən şəxslərin vəziyyəti hazırda normaldır və həyatyi təhlükələri yoxdur.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti