İmişlidə brakonyerliyə qarşı növbəti reyd keçirilib

  • 03 mart 2022, 12:56
İmişli Rayon Polis Şöbəsinin və Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Bölməsinin əməkdaşları Araz çayının rayon ərazisindən keçən
hissəsində ekologiyaya ciddi zərər vuran vasitələrdən istifadə etməklə qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Tədbirdə Azərbaycan Balıqçılar İttifaqının nümayəndələri də iştirak ediblər.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, keçirilən reyd zamanı çay boyunca quraşdırılan qanunsuz sintetik torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb. Həmçinin brakonyerlərin istifadə etdiyi rezin təkərlər də aşkarlanaraq sudan götürülüb.

İstifadəsi qanunla qadağan edilmiş vasitələrin hamısı həmin ərazidə yandırılaraq məhv edilib. Reyd zamanı torlarda aşkarlanan kürüləmə ərəfəsində
olan diri balıqlar isə yenidən suya buraxılıb.
Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq davam etdiriləcək.
Oxşar xəbərlər