“Albert Rıjiy” niyə öldürüldü? - İki versiya

  • 12 apr 2021, 22:16
Bu gün günorta saatlarında Moskvadakı idman zalında qətlə yetirilən "Albert Rıjiy" ləqəbli azərbaycanlı “qanuni oğru” Əli Heydərovun öldürülməsi ilə bağlı istintaq tərəfindən nəzərdən keçrilən versiyalar açıqlanıb.
Hazırda istintaq qətlin iki mümkün səbəbi üzərində dayanıb.
Bunlardan biri mərhumun yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlığına görə cəzalandırılması, digəri isə “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətlinin sifarişçisi olduğu üçün intiqam məqsədi ilə öldürülməsidir.
Qeyd olunur ki, “Ded Xasan”ın ölümündən sonra cinayətkar qruplaşma daxilində liderlik uğrunda savaş başlayıb və hazırda da davam edir. //oxu.az
Oxşar xəbərlər