Lotu Quli Antalyada öldürüldü - Şok təfərrüat/foto

  • 20 avq 2020, 08:36
Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyədə qətlə yetirilib.
Demokratik.Az xəbər verir ki, bu barədə Türkiyənin nüfuz telekanalları və media orqanları məlumat yayıb.
Onun Antalya şəhərində, gecə saatlarında qətlə yetirildiyi bildirilib.
Məlumata görə, Nadir Səlifov başından 4 güllə yarası alması nəticəsində həyatını itirib.
"Türkiyə" qəzetinin yaydığı məlumata görə, Quli Antalyada şam etdiyi yaxını Xan Əhmədlinski tərəfindən güllələnib. Hadisədən sonra Xan Əhmədlinski türk polisi tərəfindən saxlanılıb.
Sosial şəbəkələrdə Lotu Qulinin qatili olduğu deyilən Xan Əhmədlinski ilə arxiv fotosu da yayılıb. Kriminal avtoritetlər yaxın dost olublar.
Onu da xatırladaq ki, Qulinin mərhum qanuni oğru Rövşən Lənkəranskinin qətlinin (18 avqust 2016-cı) ildönümündən bir gün sonra öldürülməsi bu hadisənin Rövşənin qisası olması haqda fikir də yaradıb.
Mərhum qanuni oğru Rövşən Lənkəranski 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilmişdi.
Kriminal aləmdə Lotu Quli ilə Rövşən Lənkəranski arasında böyük rəqabət mühiti hakim idi.
Qətlin digər təfərrüatları araşdırılır...
Demokratik.Az

Oxşar xəbərlər