Lotu Quli həbs edildi? – Türkiyə mediası yazdı

  • 09 okt 2018, 08:05

Kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifov bu gün İstanbulda həbs edilib.

Teleqraf.com "Hürriyet”ə istinadla xəbər verir ki, o, Cinayətkarlığa Qarşı Mübarizə Əməkdaşları tərəfindən həbs olunaraq polis bölməsinə aparılıb.

Lotu Qulinin telekonfransla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilir.

Səlifov Rusiya mətbuatında çıxan xəbər əsasında saxlanılıb. "Rambler.ru”da "Türkiyədəki oğru Rusiyadan xərac yığır” başlıqlı yazıda Nadir Selifovun Rusiyada, xüsusilə Kalujsk bölgəsindəki topdansatışla məşğul olan iş adamlarından "haqq” yığdığı qeyd olunur.

Kalujsk bölgəsindəki bazarlara daha öncə 2016-cı ilin avqustunda Türkiyənin Beşiktaş qəsəbəsində qətlə yetirilmiş Rövşən Canıyev nəzarət edib.

Canıyevin ölümündən sonra həmin bazarlara nəzarət Lotu Qulinin əlinə keçib.

***

"Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı qanuni oğru Nadir Səlifov bir neçə dəqiqə əvvəl İstanbulda polis tərəfindən saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin "milliyyət” qəzeti məlumat yayıb. Qəzet qeyd edir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat həyata keçirərək qanuni oğrunu saxlayıblar və polis idarəsinə gətirilərək sorğuya alınıb.

Oxşar xəbərlər