Azərbaycanlı “qanuni oğru”nu kim öldürtmək istəyib - yeni savaş başlayır

  • 21 noy 2015, 20:16
Sankt-Peterburqda "Albert Rıjiy” ləqəbli məşhur azərbaycanlı "qanuni oğru” Əli Heydərova qarşı sui-qəsdlə bağlı səs-küylü cinayət işinin məhkəməsi başa çatıb; həbs edilənlər həm də "Sabirabadlı Hikmət”in qətlində şübhəli bilinirdilər, amma...

Sankt-Peterburqda "Albert Rıjiy” ləqəbli məşhur azərbaycanlı "qanuni oğru” Əli Heydərova qarşı sui-qəsdlə bağlı səs-küylü cinayət işinin məhkəməsi başa çatıb. Rəsmi ittihama görə, ötən ilin mart ayının 18-də Sankt-Peterburqda məskunlaşmış azərbaycanlı "qanuni oğru” "Albert Rlıjıy”ı öldürmək istəyiblər. İki killer "Albert Rlıjıy”ı öldürmək məqsədilə onun yaşadığı evin ətrafında pusqu qurub.

Moskva nömrəli "Audi A8"də öz qurbanını güdən killerləri yaxınlıqda daha bir avtomobil gözləyib. ”Kalaşnikov" avtomatı və iki tapança ilə silahlanan muzdlular məqsədlərinə çata bilməyiblər. Polis azərbaycanlı avtoriteti qətlə yetirmək istəyənləri həbs edib. Polis bölməsində məlum ki, həbs edilənlər Naberejnıy Çelnı vilayətində qeydiyyatda olan Aleksey Şparuta və Ruslan Koryaqindir. 

Rusiya mətbuatı o zaman yazırdı ki, həbs edilənlər deyiblər ki, azərbaycanlı "vor zakon” un qətlinin sifarişini Peterburqda yaşayan bir nəfərdən alıblar. Bir neçə gün sonra sifarişçi - Gürcüstanda anadan olmuş 32 yaşlı İlham Hacıyev də həbs edilib. "Hamlet” ləqəbi ilə tanınan avtoritet əvvəl təslim olmaq istəməyib və yaşadığı mənzilin balkonundan qaçmağa cəhd edib. İkinci mərtəbədən düşmək istəyərkən polislər ona pnevmatik silahdan atəş açaraq yaralayıblar. Yüngül xəsarət aldığından səhəri gün onu istintaq təcridxanasına aparıblar. "Hamlet” Nadir Səlifovun ("Lotu Quili”) qohumudur. Sifarişdə "Lotu Quli”nin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. Sui-qəsd cəhdindən iki ay sonra, ötən ilin mayında "Albert Rıjıy” Piterdə "sxodka” keçirdi və bu qətlinin sifarişiçi kimi "Quli”nin adının hallandırılması geniş müzakirə olundu. "Sxodka”da Aliksey Qudına ("Lexa İrkutski”) və Besik Kvinixidze ("Beso Rustavski”) "qanuni oğru” titulundan məhrum edildilər. Məlumatda o da deyilirdi ki, "Lexa İrkutski” "Albert Rıjıy”ın öldürmək istəmələri ilə bağlı xəbərlərə və bu işdə həmyerlisi "Quli”nin adının hallanmasına etiraz edirmiş. Qudına iddia edirmiş ki, sui-qəsd məsələsini "Albert Rıjıy” özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb. "Lexa”nın isə "Lotu Quli”nin qruplaşmasına daxil olduğu bildirilir. "Albert Rıjiy”ın 2014-cü ilin iyun ayında Türkiyənin Ədirnə şəhərindəki restoranların birində "Lexa İrkutski”nin 15-ə yaxın adamı ilə də atışmışdı. 



Virtualaz.org saytı xəbər verir ki, iş üzrə başa çatan məhkəmədə hakim sui-qəsd cəhdinin "killerlər” tərəfindən təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan İlham Hacıyevə tam bəraət verilib. İstintaqın "Albert Rıjiy”i öldürmək üçün muzdla tutulmuş qatillər hesab etdiyi iki Rusiya vətəndaşı - Naberejnıy Çelnı şəhərinin sakinləri Aleksey Şparuta və Ruslan Koryagin isə hələ bu ilin iyul ayında başqa maddə ilə (qanunsuz silah gəzdirmə maddəsi) üzrə 2 il həbsə məhkum edilmişdi. İndi isə məhkəmə onların üzərindən "vor zakon”u öldürmək cəhdi barədə ittihamı götürüb. Maraqlıdır ki, ötən bu həbslərdən yazan primecrime.ru saytının xəbərində deyilirdi ki, 39 yaşlı Aliksey Şparuta və 45 yaşlı Ruslan Koryaqin Rusiyanın ən adlı-sanlı "qanuni oğru”larından olan Hikmət Muxtarovun qətlinin əsas şübhəlilərindən hesab edilirlər. Xatırladaq ki, "Sabirabadlı Hikmət” kimi tanınan "qanuni oğru” 2006-cı ilin aprelində Moskvada "Kalaşnikov” avtomatı ilə qətlə yetirilib və nə şifarişçi, nə icraçılar bu günədək tapılmayıblar. Bu mənada Rusiya saytının xəbəri əsl sensasiya sayıla bilərdi.Amma belə görünür ki, məhkəmədə bu qətl haqında heç bir qərar verilməyib. Qeyd edək ki, "Albert Rıjiy” soyğunçuluq ittihamı ilə 2014-cü ilin iyul ayında həbs olunub.



"Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci ilin fevral ayının 2-də Gəncədə anadan olub. "Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov "qanuni oğru” adını 2012-ci ilin payızında Aslan Usoyanın dəstəyi ilə alıb. "Ded Xasan” klanında yer alan "Albert Rıjıy” Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi” təyin edilib. "Ded Xasan”ın qətlindən sonra da ("Ded Xasan” 2013-cü ilin yanvar ayının 16-da öldürülüb) klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Bu səbəbdən də Ə.Hüseynov həm də "Albert Arxangelsk” kimi də tanınır. Xarakter etibarilə sərt olan azərbaycanlı "qanuni oğru” bahalı maşınlar həvəskarıdır və tez-tez avtomobillərini dəyişir. O, digər azərbaycanlı "qanuni oğru” "Rövşən Lənkəranski” ilə də düşmən münasibətindədir. 
Oxşar xəbərlər