ŞOK XƏBƏR! Tərtərdəki "dədə qənimi"ni direktor qardaşı al qana qərq elədi

  • 02 avq 2020, 20:38
Tərtər rayonunun Sarov kənd sakini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi regional idarəsində reger vəzifəsində çalışan, 82 yaşlı atasını döyməklə məşhurlaşan Pərviz İsmayılov nəhayət ki, böyük qardaşı Rüfət İsmayılov tərəfindən cəzalandırılıb. Sarov kəndində məktəb direktoru işləyən böyük qardaş bugün səhər saatlarında öz həyətyanı sahəsində ot biçərkən özünü qardaşının fiziki hücumundan və ağır söyüşlərindən qorumaq məqsədilə əlindəki mühərrikli otbiçənlə ağır yaralayıb.
"Demokratik.Az"-a bu barədə jurnalist-hüquq müdafiəçisi Natiq Razimoğlu məlumat verib. Mənbənin dediyinə görə, hadisədən dərhal sonra peşimançılıq hissi keçirən R.İsmayılov özü polisə gedərək təslim olub. Xəsarət alan şəxs isə təcili olaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həyati təhlükəsinin olmadığı bildirilir.
Natiq Aydınoğlunun dediyinə görə, Rüfət hadisədən öncə qanlı olayın baş verəcəyini bilib. Belə ki, O, uzun müddətdir ki, kiçik qardaşının söyüş və təhqirləri qarşısında mənəvi iztirablar keçirib, lakin konfliktdən qaçıb. Amma qaçışı da bura qədər olub, qardaşı onu bir gün belə rahat buraxmayıb.
Hadisənin baş verməsinin səbəbləri isə yəqin ki, diqqətli oxucuya və bilənlərə məlumdur. Qanlı dava "ata qənimi"nə qarşı böyük qardaşın üsyan etməsi, atasının haqqını birmənalı olaraq müdafiə etməsi, ona qarşı hüquqi tədbirlərin görülməsini tələb etməsi ilə başlayıb.
Xatırladaq ki, Tərtər rayon sakini, 1939-cu il təvəllüdlü ali təhsilli həkim, hazırda pensiyada olan İsmayılov Rüstəm Hüseyn oğlu 22 iyun 2020-ci il tarixdə gecə saat 10:00 radələrində oğlu İsmayılov Pərviz tərəfindən döyülüb. Fakt üzrə Tərtər rayon polis şöbəsində Tərtər RPŞ-nin təhqiqat qrupunda Pərviz İsmayılov barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlayaraq Tərtər rayon məhkəməsində barəsində müvafiq cəza növü müəyyən edilib. Vəhşicəsinə döyüldüyünü və oğlunun qanunazidd əməllərinin vaxtaşırı baş verdiyini iddia edən ata isə ictimailəşdirdiyi şikayətində oğlunun CM-nin 127-ci maddəsi üzrə daha ağır məsuliyyətə cəlb edilməsini tələb edirdi. Lakin, onun şikayətinə nə polis orqanında, nə də rayon prokurorluğunda həssas yanaşılmırdı. Pərviz də cəzasızlıqdan azğınlaşırdı...
Bundan başqa, şikayətçi ata ötən gün lentə alınan yeni videomüraciətində bildirib ki, Pərviz İsmayılov tamah məqsədilə 26.07.2020 ci il tarixdə yenidən atasının evinə gələrək 82 yaşlı qocanın boynuna bıçaq dirəmiş, atasının iddiasına görə onu öldürəcəyi hədəsilə 12000 (on iki min) manat pulunu alaraq evi tərk etmişdir. Sonuncu cinayət əməli üzrə də zərərçəkmiş ata tərəfindən Tərtər RPŞ-si və Prokurorıuğa rəsmi müraciət edilmişdir. Lakin, hər dəfəsində polis və prokurorluq atanı barışa çağıraraq kriminal ünsürü sanki qahmarlamışdır ki, burada maddi maraq aydın deyil.

Əslində, şikayətçi atanın dediklərindən və qanlı olaya aparan prosessual yolsuzluqdan aydın olur ki, əslində qardaşların arasında baş verən arzuedilməz hadisəyə rayon prokurorluğunun və polis orqanının hərəkətsizliyi, cinayətə meyilli olan Pərviz İsmayılovun dolayısıyla dəstəklənməsi şərait yaradıb. Pərviz İsmayılovun atası və qardaşının haqlı şikayət və tələbləri hüquq mühafizə orqanları tərəfindən düzgün qiymətləndirilmiş olsaydı, Pərvizin etdikləri cəzasız qalmasaydı, yəqin ki, sonuncu qanlı olay da baş verməzdi...  
İnanırıq ki, olayın səbəbləri və buna hazırlanan özbaşınalıq zəmini dərindən araşdırılacaq...
(mövzu diqqətimizdədir)
Demokratik.Az
Oxşar xəbərlər