TƏCİLİ! Atasını döyən şəxs "Demokratik.Az"-ı şantaja və söyməyə başladı

  • 20 iyul 2020, 10:39
Tərtər rayonunun Sarov kənd sakini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağcabədi regional idarəsində reger vəzifəsində çalışan Pərviz İsmayılov "Demokratik.Az" saytına qarşı hədə-qorxuya, əsassız şantaja, təhdid və təzyiqə başlayıb. Buna səbəb isə, onun ötən həftə doğma atasına qarşı etdiyi hərəkətlərin ictimailəşdirilməsi, şəklinin saytda yerləşdirilməsi, atasının özünün videomüraciətinin adıkeçən saytda da yayılmasıdır. Özü belə hesab edir...
Ekologiya işçisi özünə məxsus olması ehtimal olunan (99451-649-01-99) mobil telefon nömrəsindən saytın rəhbəri Osman Nərimanoğluya zənglər edərək kriminal hərəkətlər edəcəyi ilə hədələyir, şantajlara əl atır, barəsindəki xəbərin və şəklinin silinməsini tələb edir. Hansı ki, sonuncu tələbin edilməsi jurnalistin peşə fəaliyyətinə qarşı cinayət xarakteri daşıyır. (KİV haqqında qanunun 59-cu maddəsilə-red)
Davranış və danışığında özünü radikal siyasi düşüncə adamı kimi aparan, dövlət və hakimiyyət əleyhinə danışan, şər-şəbədə nitqində Tərtərin icra başçısı Müstəqim Məmmədov haqqında "nağıllar" danışan P.İsmayılovun konkret nəyi tələb etdiyi, hansı hüquqi haqqından istifadə etməyə çalışdığı isə bəlli deyil.
Bu barədə sayt rəhbəri Osman Nərimanoğlunun özünün sözlərinə görə, məlum materialların yayımının ardından adamı anlayışla qarşılamağa, özünün xahişilə mövqeyinə yer ayırmağa çalışsa da, xoş niyyəti xoş alınmayıb. Əksinə, jurnalist tənqid hədəfinin təhqirləri və anlaqsız tələbləri qarşısında aciz qalıb.
"Xəbərdən halisiniz, biri öz atasını Tərtərin Sarov kəndində gecənin korunda döyüb və atasını bir bala kimi incidib. Hadisəni də ona bağışlamayan böyük qardaşı, hazırda rayonun Sarov kənd tam orta məktəbinin direktoru atasını öz telefonuna çəkərək ictimailəşdirib. Sabahısı gün isə ata öz şikayətini yeni videomüraciətlə də reallaşdırıb və qədirbilməz övladının ciddi şəkildə cəzalandırılmasını tələb edib. Biz də bunları ictimailəşdirib döyülən atanın yanında olmuşuq. İndi də atasını döyən bizdən əl çəkmir, zənglər edərək söyüb təhdid edir, əxlaqına uyğun mesajlar yazaraq bizi narahat edir!" - deyə baş redaktor bildirib. 
Osman Nərimanoğlu onu da əlavə edib ki, olay əslində ailə-məişət davası olsa da, dəcəl bir oğulun ekologiya işçisi olması və döyülən yaşlı bir atanın ahu-fəryad etməsi medianın da diqqətinə yansıyıb.
"Bilirsiniz, "Demokratik.Az" saytı Pərviz adlı gənci şəxsən tanımır, nə də onunla şəxsi ədavəti yoxdur. Axı, adam özü də polisə ifadəsində etiraf edib ki, atasına əl qaldırıb ki, bu cür olaylarda təkcə hüquqi məsuliyyət nəzərdə tutulmur, eləcə də olayın sosial-mənəvi tərəfləri var. Yəni media belə məsələlərdə ictimai qınağa yer ayırır ki, bu da müstəqil mediada milli-mənəvi dəyərlərin təbliğinin bir növüdür. Eləcə də, bu biabırçı olay hələ də cəmiyyətimizdə valideyinlərə qarşı  müşahidə olunan nankor övlad şiddətinin qarşısının alınmasına açıq çağırışdır".
Jurnalistin dediyinə görə, zaman-zaman belə təhdidlər alsa da, ictimailəşdirilməsinin həmişə əleyhinə olub. Lakin, adıçəkilən şəxsin həm sosial şəbəkələr, eləcə də mobil telefon vasitəsilə ünvanına təhqir və təhdidlər yağdırması, özünü kriminogen ünsür kimi aparması səbretmə həddini üstələyib.
"Atasını döyəcək səviyyədə olan birindən qorxacaq tərəflərimiz yoxdur, məni şəxs olaraq qorxudan onun səviyyəsinə düşməkdir. Adamın görünür ki, psixoloji travmaları var və cəmiyyətə yararsızlığı aydın sezilir. Bir də, məcburən düşünürsən ki, bunu bu ağılla necə və hansı maraqlara görə Regional Ekologiya idarəsində işə götürüblər. İndi reputasiyasını zədələdiyi həmin idarədə də ona qarşı tədbir görülməli, əməl və hərəkətləri təhlil edilib tənbeh tədbirlərinə cəlb edilməlidir. Təəssüf ki, Ağcabədi regional Ekologiya İdarəsi onu görməzlikdən gəlir. Elə, Ekologiya Nazirliyi də düşünməlidir ki, atasına qayğı və mərhəməti olmayanın Tərtər bölgəsində ekologiyaya, ətraf mühitə hansı saf məhəbbətinə etibar etmək olar?! Görünür, belələrini islah edilənədək ictimai qınağa gətirmək, etdiklərinin qarşılığında rəsmi qaydada cəzalandırılmasına çalışmaq vacibdir. Onu ağıllandırmaq üçün polisə və aidiyyatı orqanlara rəsmi müraciətlər edəcəyəm!"-deyə Osman Nərimanoğlu xüsusilə vurğulayıb.
Sayt rəhbəri onu da bildirib ki, adıçəkilən şəxs eyni zamanda "Dünyanınsəsi.az", "Qaynar-xətt.az" saytlarının rəhbərlərinə qarşı da analoji tərbiyyəsizliklə, söyüş və təhdidlərlə məşğuldur. Həmkarlarımız - Jurnalist Ərşad İbrahimli və Zaur Fəxrəddinoğlu da Pərviz İsmayılovun barəsində təcili tədbirlərin görülməsi üçün aidiyyatı üzrə polisə və məhkəməyə rəsmi müracət edəcəklərini bildiriblər.
Görünən odur ki, adıçəkilən Ekologiya "reger"i nəinki doğma atasına, ümumiyyətlə ictimai xəbər yükü daşıyan saytlara və media mənsublarına qarşı da azğınlaşaraq heç bir mədəni sərhəd tanımır.
Xatırladaq ki, Tərtər rayon sakini, 1939-cu il təvəllüdlü ali təhsilli həkim, hazırda pensiyada olan İsmayılov Rüstəm Hüseyn oğlu 22 iyun 2020-ci il tarixdə gecə saat 10:00 radələrində oğlu İsmayılov Pərviz tərəfindən döyülüb. Fakt üzrə Tərtər rayon polis şöbəsində Tərtər RPŞ-nin təhqiqat qrupunda Pərviz İsmayılov barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işi başlayaraq Tərtər rayon məhkəməsində barəsində müvafiq cəza növü müəyyən edilib. Vəhşicəsinə döyüldüyünü və oğlunun qanunazidd əməllərinin vaxtaşırı baş verdiyini iddia edən ata isə ictimailəşdirdiyi şikayətində oğlunun CM-nin 127-ci maddəsi üzrə daha ağır məsuliyyətə cəlb edilməsini tələb edirdi. Xəbəri ilk olaraq "dünyanınsəsi.az" saytı yaymışdı...
"Demokratik.Az" anlaqsızlıq edən və davranışında psixoloji problemləri müşahidə olunan vətəndaşın atasının və doğma qardaşının heç bir zor tətbiqi olmadan ictimaiyyətə paylaşdıqları videomüraciətləri yenidən dəyərli oxucuya təqdim edirik.
Qəti əminik ki, tərbiyyə və əxlaqında kasıbçılıq olan Pərviz İsmayılov etdiklərinin cəzasını tezliklə alacaq! 


Öncəki xəbəri buadan oxuyun: Tərtərdə 82 yaşlı atasını incidən şəxs nazirliyi aldadıb, yoxsa - ATANIN ŞİKAYƏTİNDƏN

Demokratik.Az
Oxşar xəbərlər