Xəbər lenti
Bütün xəbərlər

Masallıda kriminal avtoritetin qardaşı öldürülüb

  • 22 dek 2016, 08:04

Demokratik.Az -ın Reporta istinadən xəbərinə görə, dünən axşam saatlarında Masallı rayonunun Türkoba kəndində silahlı insident nəticəsində avtomobilində avtomat silahdan açılan çoxsaylı atəş nəticəsində dünyasını dəyişən Fariz İsmayılov kriminal aləmdə "Piter Elçin" kimi tanınan şəxsin qardaşıdır. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, "Piter Elçin"in adı bir neçə tanınmış avtoritetin qətlində hallanır. 

Qeyd edək ki, F.İsmayılov "Piter Elçin"in il ərzində qətlə yetirilən ikinci qardaşıdır. Bundan əvvəl onun Rusiyada iş adamı olan qardaşı Maarif İsmayılov iyunun 22-də "Sofiya" bazarında qətlə yetirilmişdi.

*** 18:11

Masallı rayonunda silahlı insident olub. 

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib. 

Hadisə zamanı naməlum şəxs 90-VH-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat"  markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb.

Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir.

Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.

Demokratik.Az

 

Oxşar xəbərlər