Baş redaktor polisə çağırıldı

  • 24 apr 2020, 14:02
“RealMedia.az” saytının baş redaktoru Ramin Məhəmmədoğlu polisə şöbəsinə çağırılıb. Bu barədə Ramin Məhəmmədoğlu öz feysbuk səhfəsində paylaşım edib. 
Baş redaktor polisə çağırılması ilə bağlı bunları yazıb:
“Bu dəqiqələrdə mənə Beyləqan rayon polis şöbəsindən zəng edərək şöbəyə çağırdılar. Səbəbini soruşsam da heç nə demədilər. Bir onu dedilər ki,məni rəis müavini Taleh Hüseynov şöbəyə dəvət edir və rəis məni qəbul edəcək. İndi mən Beyləqan rayon polis şöbəsinə gedirəm. Xeyirli, uğurlu olsun! Çağırılan yerə getmək, boynumuzun borcudur. Qaldı ki, bu çağırış hüquq mühafizə orqanları tərəfindən ola.”
Qeyd edək ki, baş redaktor polis şöbəsinə çağırılmağıni jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu ehtimal edir.
Oxşar xəbərlər