Qubadlı Rayon Polis şöbəsinə yeni rəis təyin olunub

  • 23 iyul 2016, 20:01
Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Bəhruz Cabbarov Qubadlı Rayon Polis şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, B.Cabbarov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsində işləyib.
 
Demokratik.Az
Oxşar xəbərlər