Ramil Usubov Qazaxa yeni rəis təyin etdi

  • 19 yan 2016, 19:18
Qazax rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Demokratik.Az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Natiq Həsənov Qazax rayon Polis Şöbəsinə rəis təyin edilib. Natiq Həsənov Yevlax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyib. 

Qeyd edək ki, Qazax rayon Polis Şöbəsinin bundan əvvəlki rəisi, polis polkovniki Zöhrab İsmayılov vəzifədən azad edilərək DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Göyçay Regional Şöbəsinə rəis təyin olunub.

 

Demokratik.Az