Demokratik TV
Xəbər lenti
Akif Çovdarov karantindən evə buraxıldı
- 21 apr 2020, 20:21
Bu gün əfv olunan şəxslər ailələrinə qovuşub.
Belə ki, 176 nəfər iki həftəlik karantindən sonra bu gün evə buraxılıb.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Daha sonra həmin şəxslər karantində saxlanılırdı. Belə ki, pandemiyanın respublikanın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-a qədər rayonu əhatə etməsi nəzərə alınaraq, əfv olunan şəxslər doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılırdı. Bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilmiş və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunmuşdular.
Qeyd edək ki, əfv edilən şəxslər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov da var.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Gözəl Bayramlı və Fuad Qəhrəmanlı da azadlığa çıxdı - SƏRƏNCAM
Əfv sərəncamının icrası tam başa çatdı
Azərbaycanda 312 nəfər karantindən buraxıldı
Prezident əfv sərəncamı imzalayıb - TAM SİYAHI
“Bizim Yol”un əməkdaşı Pərviz Həşimli də əfv edilib
Əfv sərəncamının icrasına başlanılıb
200-ə yaxın məhbus azadlığa buraxıldı
İlham Əliyevin əfv sərəncamı müsbət qarşılanıb
Akif Çovdarov cəzaçəkmə müəssisəsinə köçürülüb
Azərbaycanda 560 nəfər karantindədir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti