Microsoft Rusiyada məhsul və xidmətlərinin satışını dayandırdı

  • 04 mart 2022, 19:41
Rusiyanın Ukraynaya müdaxiləsi ilə Qərb Moskvaya qarşı yeni sanksiyalar tətbiq etməkdə davam edir və bir çox şirkətlərin ölkədən çıxdığını bəyan edilir.
İndiyə qədər bir çox böyük şirkətlər Rusiya ilə münasibətlərini dayandırdıqlarını bəyan ediblər.
Bu gün Microsoft Rusiyada məhsul və xidmətlərinin satışını dayandıracağını, eləcə də tətbiq edilən sanksiyalara uyğun olaraq müxtəlif digər fəaliyyətlərini dayandıracağını açıqlamışdı.
Microsoft öz internet səhifəsində Ukraynadakı müharibə xəbərindən çox üzüldüyünü və qəzəbləndiyini, işğalı pislədiklərini bildirib.
Microsoft həmçinin əlavə edib ki, Ukraynada kibertəhlükəsizliyi qorumaq və onu Rusiyanın kiberhücumlarına qarşı daha davamlı etmək üçün işləməyə davam edir.
Oxşar xəbərlər