Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » İqtisadiyyat » Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
- 09 may 2021, 12:14
2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub.
Energetika Nazirliyindən verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib.
Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı qəbul edilmiş qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı, gündəlik xam neft hasilatının isə 595 min barrel səviyyəsində saxlanılacağı nəzərdə tutulub.
“OPEC plus” ölkələri nazirlərinin 15-ci və 16-cı iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın növbəti üç ay üzrə hasilat kvotaları müəyyənləşib. Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barrel, iyunda 108 min barrel, iyulda isə 98 min barrel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barrel, iyunda 610 min barrel və iyulda 620 min barrel həcmində saxlanılacaq. Gündəlik xam neft istehsalı mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artırılacaq./apa/

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
OPEC Azərbaycan üzrə proqnozu dəyişməyib
Azərbaycanda neft hasilatı azalacaq - OPEK
İran 3 milyon barrel neftini birjada satacaq
OPEC-in növbəti görüşü keçirilə bilər
OPEC hasilatı azaldacaq
Neft hasilatını 20 min barel azaldırıq
Vahid Ələkbərov: “Neftin qiyməti hamını qane edir”
OPEC Azərbaycanda neft hasilatı ilə bağlı proqnozları açıqladı
Neftin qiyməti qalxmağa davam edəcəkmi?
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti