OPEC-in növbəti görüşü keçirilə bilər

  • 17 yan 2017, 07:40
Cari ilin birinci rübündə Neft İxrac edən ölkələr təşkilatına (OPEC) üzv olan ölkələrin növbəti görüşü keçirilə bilər.
 
APA-nın "Noticias24” portalına istinadən verdiyi xəbərə görə, bu barədə Venesuela prezidenti Nikolas Maduro Karakasda, OPEC-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşdən sonra deyib.
 
"Biz növbəti razılaşmaya doğru irəliləyirik və buna nail olacağıq. Güman edirəm ki, 2017-ci ildə neft bazarında sabitlik bərpa olunacaq”, deyə N.Maduro bildirib.
 
Noyabrın 30-da OPEC-ə üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın bu ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunub. Dekabrın 10-da isə OPEC-ə üzvü olmayan ölkələr öz gündəlik hasilatını ümumən 558 min barrel azaltmaq barədə razılığa gəliblər. Saziş ilin birinci yarısı üçün nəzərdə tutulsa da, onun müddəti uzadıla bilər.
 
Demokratik.Az
Oxşar xəbərlər