Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » İqtisadiyyat » “SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub
“SOCAR Trading” türkmən neftinin alınması üzrə tenderi udub
- 14 dek 2020, 10:56
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin törəmə strukturu olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən istehsal edilə türkmən neftinin alınması üzrə tenderi udub.
Bu barədə “Report” “Argus media”ya istinadən xəbər verir.
Bununla da “SOCAR Trading” “Vitol” şirkəti tərəfindən Türkmənistanda 2017-ci ildən satın alınan neftin bir hissəsini portfelinə qaytarıb.
Bu tenderin nəticəsinə görə “SOCAR Trading” neft bazarının ENOC, “Vitol”, “Rosneft”, “Lukoil” və “Trafigura” kimi nəhənglərini ötüb.
Bazar iştirakçıları hesab edirlər ki, bu, Mahaçqala və Novorossiysk üzərindən tranziti azaltmaq hesabına Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Türkmənistan xammalının tədarükünün artmasına səbəb ola bilər.
SOCAR-ın vitse-prezidentinin müavini Adnan Əhmədzadə “Report”a açıqlamasında sövdələşməni təsdiqləyib.
Məlumata görə, “Eni Türkmenistan” 2021-ci il ərzində hər ay 30-40 min ton “Okarem” nefti göndərməyi planlaşdırır.
Yanvar-noyabrda Türkmənistandan “Okarem” neftinin ixracı 341 min tonadək artıb. Ötən ilin eyni dövründə bu göstərici 310 min ton təşkil edirdi.
Bütün həcm “Transneft” sistemi üzrə Novorossiyskə nəql olunma məqsədilə tankerlərlə Mahaçqala istiqamətində nəql edilir.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
SOCAR yeddi tanker alıb
MƏNSİMOVUN ŞİRKƏTİNƏ QADAĞA - SOCAR "Palmali"nin 10-dan çox gəmisini müsadirə etdi
"SOCAR"-la "PALMALİ"-nin ortaqlığı niyə pozulub? ŞOK DETALLAR
SOCAR zavodun tikintisini dayandırdı
SOCAR 10 aylıq hesabat açıqladı
Azərbaycanda 55 mlrd-lıq sərmayə
SOCAR İran neftinin idxalından imtina edir
SOCAR Mübariz Mənsimovun həbsi ilə bağlı açıqlama verdi
"SOCAR" Adnan Əhmədzadəyə yeni vəzifə verdi
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti