"Formula 1": Ferstappen növbəti dəfə sınaq yürüşündə lider oldu

  • 06 mart 2022, 20:17
"Formula 1" üzrə Bəhreyn Qran-prisində üçüncü sınaq yürüşü başa çatıb.
"Report"un məlumatına görə, bu dəfə də "Red Bull"un pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
"Mercedes"dən Lüis Hemilton ikinci olub. "Alpha Tauri"nin sürücüsü Pyer Qasli üçüncü yeri tutub.
Ferstappen dünən keçirilən iki test yürüşünün də qalibi olub.
Qeyd edək ki, Bəhreyn Qran-prisinə martın 28-də yekun vurulacaq. Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.
Oxşar xəbərlər