Demokratik TV
Xəbər lenti
Azərbaycan dünya çempionatında ilk "qızıl"ı qazandı
- 22 avq 2021, 20:32
Rusiyanın Ufa şəhərində keçirilən güləş üzrə gənclərin dünya çempionatında Azərbaycan ilk qızıl medalını qazanıb.
Fanat.Az xəbər verir ki, bu uğura 67 kiloqram çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz Həsrət Cəfərov imza atıb. İdmançımız finalda ermənistanlı Sahak Hovannisyanı 7:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
Digər "klassik"imiz Nihat Məmmədli (60 kq) yarışı üçüncü pillədə tamamlayıb. Təmsilçimiz "bürünc" uğrunda həlledici qarşılaşmada özbəkistanlı Şerməhəmməd Şaribcanovu 5:1 yenib.
Bürünc medal görüşünə çıxan digər güləşçimiz Xasay Həsənli (72 kq) isə ermənistanlı Şant Xaçatryana 1:9 uduzaraq beşinci yeri tutub.
Beləliklə, yunan-Roma üsulu ilə güləşənlərimiz dünya çempionatını bir qızıl, bir gümüş, iki bürünc medalla başa vurub.
Xatırladaq ki, sərbəst güləşçilərimizin yarışdan qazancı 3 gümüş, 2 bürünc, qızlardan ibarət millimizin nəticəsi isə 2 bürünc mükafat olub.
Dünya çempionatına bu gün yekun vurulacaq.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyev və xanımı final görüşünü izləyib
Güləşçimiz Avropa çempionu oldu
Daha bir güləşçimiz qızıl medal əldə edib
Azərbaycan güləşçisi 8-ci dəfə Avropa çempionu olub
Avropa çempionatından 3 medal
Bu gün iki güləşçimiz qızıl medal uğrunda yarışacaq
Güləşçimiz Avropa çempionu oldu
Güləşçimiz Avropa çempionu oldu – FOTO
Rio-2016: Azərbaycan 18 medal qazandı
Millimiz Avropa çempionatının qalibi oldu
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti