Xəbər lenti
Bütün xəbərlər

Rio-2016: Azərbaycan 18 medal qazandı

  • 22 avq 2016, 09:32
Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, 17 gün davam edən 4 illiyin ən möhtəşəm yarışında Azərbaycan 56 idmançı ilə təmsil olunub.

Millimiz Rioda 18 medal (1 qızıl, 7 gümüş və 10 bürünc) qazanmaqla, London-2012-də göstərdiyi nəticəni yeniləyib. Ötən Olimpiadada millimiz 10 medala (2 qızıl, 2 gümüş, 6 bürünc) sevinmişdi.

Bu dəfə yeganə qızıl medalımızı taekvondoçu Radik İsayev (+80 kq) əldə edib. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucovla Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində məğlub olublar.

Sabah Şəriəti, Rəsul Çunayev, İnna Osipenko-Radomskaya, Patimat Abakarov, Kamran Şahsuvarlı, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov və Milad Beiqi Harçeqani bürünc medal qazanıb.

Ümumiyyətlə, komanda olaraq ən yaxşı nəticəni taekvondoçular göstəriblər. Mötəbər yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazanıb ki, bu da 75% effektivlik deməkdi. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atıb.

1. Millimiz bu olimpiadada ilk dəfə tam heyətlə iştirak etdi.
2. Qadın idmançımız ilk Olimpiya medalını qazandı – Patimat Abakarova (bürünc)
3. Kişilər arasında ilk Olimpiya medalını qazandı – Milad Beiqi Harçeqani (bürünc)
4. İlk Olimpiya "qızıl”ını qazandı – Radik İsayev

Azərbaycana bu Olimpiadada ilk və yeganə qızıl medalı da məhz taekvondoçu qazandırdı. Braziliyaya 14 idmançı ilə yollanan güləş yığması isə qızıla həsrət qalarkən, müxtəlif əyarlı 9 medal sevinci yaşadı.

Boks yarışlarında da ilk dəfə Olimpiadada final döyüşü keçirdik. Lorenzo Sotomayor gümüş medal qazanmaqla, daha bir ilkə imza atdı. 

Ümumilikdə isə boksçularımız iki dəfə fəxri kürsüyə çıxmağı bacardılar. 75 kq çəkidə yarışan Kamran Şahsuvarlı da bürünc medal qazandı.
Oxşar xəbərlər