"Liverpul" 55 milyon avroya oyunçu transfer edir

  • 08 iyun 2018, 08:18

Fransanın "Lion" klubunun yarımmüdafiəçisi Nabil Fekir "Liverpul"a transfer oluna bilər.

"Report” xəbər verir ki, bu barədə "The Times" qəzetinin müxbiri Pol Coys məlumat yayıb.

Bildirilir ki, 24 yaşlı oyunçu iyunun 8-də mersisayd klubunda tibbi müayinədən keçəcək. "Lion" yarımmüdafiəçiyə görə 55 milyon avro alacaq. Bonuslarla birgə transferin məbləği 60 mln. avroya qədər arta bilər.

Fekir 2013-cü ildən Fransa klubunun şərəfini qoruyur. Nabil ötən mövsüm Birinci liqada 30 oyunda (28-i əsas heyətdə) iştirak edib, 18 qol vurub və 8 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər