Mamont skeleti 550 min avroya satıldı

  • 18 dek 2017, 07:35

Fransanın Lion şəhərində nəhəng mamonta məxsus skelet 548.25 min dollara satılıb.

Kult.az xəbər verir ki, yunlu mamont Strasburqda fəaliyyət göstərən və simvolunda mamont şəkli olan firma sahibi tərəfindən satın alınıb.

Yunlu mamontlar bu növün ən iriləri hesab olunur. 10 il əvvəl Sibir buzlaqlarında aşkarlanan bu skeletin hündürlüyü 3.4 metr, uzunluğu isə 5.3 metrdir. Əla vəziyyətdə olan skeletin təxminən 80 faizə qədər sümüyü yerindədir. Əksər hallarda satıcılar skeletlərə güclü əlavə və bərpa elementləri artırmaq və ya müasir fillərin sümüklərindən istifadə etməklə müştəriləri aldadırlar.

Qeyd edək ki, dünyada yunlu mamonta aid skeletlərin sayı yüzdən azdır.

Oxşar xəbərlər