Demokratik TV
Xəbər lenti
İŞİD lideri silahlıları Mosulu müdafiə etməyə çağırıb
- 03 noy 2016, 08:09
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadi silahlıları Mosulu müdafiə etməyə çağırıb.
APA-nın "AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, oktyabrın 17-də İraqın Mosul şəhərinin azad edilməsi əməliyyatı başlayandan sonra Əl-Bağdadin silahlılara ünvanlandığı ilk audioyazıdır.
İŞİD başçısı tabeliyində olan döyüşçüləri şəhəri tərk etməməyə çağırıb. Bununla belə, onun hazırda Mosulda olub-olmaması məlum deyil.
Qeyd edək ki, ötən gün Britaniyanın "İndependent” qəzeti Əl-Bağdadinin Mosulda olduğu barədə məlumat yayıb.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti