İŞİD Mosulu itirir-yeni savaş

  • 01 apr 2016, 20:32

İraq ordusu fasilə verdiyi Mosul əməliyyatına yenidən başlayıb.

 

Demokratik.Az xəbər verir ki, İŞİD mövqeləri uzaqmənzilli "Katyuşa" raketləri ilə hədəf alınıb.

 

İraq ordusunun generalı Latim Həşiminin sözlərinə görə, dünən gecədən etibarən İŞİD döyüşçüləri hücuma keçib və xeyli itki verib:

 

"İraq əsgərləri Mahmur cəbhəsinin cənubundakı qəsəbləri nəzarət altına almağı bacardı. İŞİD hücum etməsinə baxmayaraq geri çəkilir. Terrorçular qəsəbələri bir-bir itirir. Dünən İŞİD-çilərin xeyli hissəsi məhv edildi. Hazırda cəbhədə qızğın döyüşlər gedir. ABŞ koalisiya və peşmərgə qüvvələri də bizə dəstək verir”.