İŞİD universiteti partlatdı

  • 25 iyul 2016, 21:09
İraqda terror qruplaşması İŞİD-in öz əlində tutduğu Mosul şəhərinin mərkəzində özəl El-Hadba universitetini partlatdığı bildirilib.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Kürdüstan Demokrat Partiyasının mətbuat katibi Said Memozini İŞİD-in universitetə partlayıcı qurğular bağlayaraq, havaya uçurduğunu bilidirib.

İŞİD şəhəri ələ keçirəndən bəri universitetin bağlı olduğunu vurğulayan S.Memozini həmin universitetin təşkilatın bazası olaraq, işlədildiyini deyib.

Qeyd edək ki, İŞİD terror qruplaşması 2014-cü il iyunun 10-da İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirmişdi.
Oxşar xəbərlər