ABŞ Ukraynaya Mi-17 helikopterlərini göndərir - FOTO

  • 05 iyun 2022, 22:56
Amerika Birləşmiş Ştatları Ukraynaya Mi-17 helikopterlərini göndərir. “Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram səhifəsində yazıb.
“Ukrayna üçün Mi-17-lər artıq ABŞ Hərbi Hava Qüvvələri bazasında təyyarələrə yüklənir ”, - o bildirib.
Qeyd edək ki, ABŞ Əfqanıstana göndərilməsi nəzərdə tutulan Mi-17 helikopterlərini Ukraynaya təhvil vermək planlarını açıqlamışdı.


İlk dəfə 1981-ci ildə Parisdə keçirilən aviasiya-kosmik sərgisində nümayiş etdirilən Mi-17 helikopteri Rusiyanın Kazan və Ulan-Udedəki zavodlarında indiyə qədər 12 000 ədəddən çox istehsal edilib.
“Mi-17” helikopteri “Mi-8”in modifikasiyası kimi tanınır. Konstruksiyası əsasən “Mi-8” kimidir, həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunur. Helikopterə 24-ə qədər sərnişin və 12 sanitar xərəyi yerləşir.
Oxşar xəbərlər