Ukraynada FÖVQƏLADƏ VƏZİYYƏT - Rada fərmanı təsdiq etdi

  • 24 fev 2022, 09:32
Ukrayna Radası Prezident Volodimir Zelenskinin ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı imzaladığı fəramnı təsdiq edib.
"Report" xəbər verir ki, müvafiq qərarın lehinə 335 deputat səs verib.
Artıq 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.
***
Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı fərman imzalayıb.
"Report" TASS-a istinadən xəbər verir ki, fərmana əsasən, 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.
Oxşar xəbərlər