Mənsimovun azad edilməsi üçün virtual QƏTNAMƏ çıxarıldı – FOTO

  • 29 dek 2020, 21:29

27 dekabr 2020-ci il tarixdə Türkiyə Respublikasında günahsız yerə həbsdə saxlanılan Vətən oğlu Mübariz Mənsimova dəstək olaraq Vətən oğluna azadlıq Qrupunun çoxsaylı üzvlərinin iştirakı ilə ZOOM Konfransı keçirilərək Qətnamə qəbul edilib.

ZOOM-da keçirilən Konfrans, İsveçdən yayımlanan SAMM TV-nin rəhbəri Rahim Sadıqbəylinin və Vətən oğluna azadlıq Qrupunun iştirakçılarının təşəbbüsü ilə baş tutub. ZOOM Konfransında həmçinin Mübariz Mənsimovun ailə üzvlərindən Zərnişan xanım başda olmaqla digər bacıları, ÜmidTv-nin rəhbəri Rəhman Cəbiyev və digər Mübarizsevərlər iştirak edərək, Mübariz Mənsimov haqqında təssüratlarını bölüşüblər. ZOOM Konfransında çıxış edən hər bir iştirakçı Azərbaycan və Türkiyənin Ali Rəhbərlərinə çağırış edərək, Mübariz Mənsimova dəstək vermələrini xahiş ediblər. Konfransın sonunda Qətnamə qəbul edilib.

Həmin Qətnamənin tam mətnini təqdim edirik.

Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğana, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə 31 dekabr Dünya Azərbaycanlılarınin həmrəyliyi günü münasibəti ilə 27 dekabr 2020-ci il tarixindət keçirilən virtual “Vətən Oğluna Azadlıq” adlı konfransın QƏTNAMƏSİ

Hörmətli Dövlət başçıları. Əvvəla sizi Dünya Azərbaycanlılarının həmrəylik günü və Qarabağda əldə edilmiş möhtəşəm Qələbə münasibəti ilə ürəkdən təbrik edir, Dünyanın bu ağır pandemiya ilini bizim üçün qələbə zəfər ilinə çevirdiyinizə görə sizlərə və müzəffər Azərbaycan ordusuna dərin təşəkkürümüzü bildiririk.

Dünyaca məhşur iş adamı, xeyriyyəçi Mübariz Qurban oğlu Mənsimovun Beynəlxalq müdafiəsinə qalxmış Dünyanın bir çox ölkələrində yaşayan və fəaliyyət göstərən eləcə də müxtəlif ölkələrin vətəndaşları olan ayrı-ayrı millət və xalqların nümayəndələri olaraq sizlərə müraciət edirik.

Hörmətli Dövlət başçıları, Cənab Prezidentlər,

Bu gün artıq 10-cu aydır ki, iftiralarla dolu əsassız ittihamlarla günahsız yerə həbs edilən və Dünyanı bürümüş ikinci koronavirus Covid-19 Pandemiya bəlasının tüğyan etdiyi bir dövrdə İstanbulun Silivri həbsxanasında xəstə halıyla valideynlərindən, övladlarından və ailəsindən qoparılaraq can çəkən, Dünyaca məhşur iş adamı, 7 dəniz və 4 okeanda Türkiyənin və Azərbaycanın bayraqlarını dalğalandıran, xəstələrə, əlillərə, müharibə veteranlarına, sənət adamlarına, xəstə uşaqlara və qapısına gələn kimsəni naümüd qoymayaraq yardım edən, 40 min işçisi olan 20 min tələbəyə burs verən, Azərbaycana və Türkiyəyə milyardlarca sərmayə qoyan böyük vergi ödəyicisi İsveçrə vətəndaşlığından imtina edərək Türkiyə Cümhuriyyətinin vətəndaşlığını qəbul etmiş Palmali Şirkətlər Qurupunun təsisçisi və prezidenti Mübariz Qurbanoğlu Mənsimovun 2021-ci il yanvar ayının 13-də baş tutacaq növbəti 3-cü məhkəməsində ədalətli qərar çıxarılmasına yardım etməyinizi xahiş edirik.

Mübariz Mənsimov hər zaman deyir: “Mən Azərbaycanlıyam və Azərbaycanlı olmağımla qürur duyuram. Azərbaycanın da ən yaxın dostu hər zaman yanında olduğu tək Dövlət Türkiyədir”.

Sentyabrın 27-dən ermənilərin növbəti hücumuna qarşı Müzəffər Azərbaycan ordusunun başlamış olduğu əkc əməliyyatlar daha sonralar Vətən Müharibəsinə çevrildi. 44 gün çəkən bu 2-ci Qarabağ Vətən müharibəsi zamanı yenə də Azərbaycanın arxasında yeganə və tək Dövlət olaraq Türkiyə Cümhuriyyəti dayandı. Cənab Prezident, Ali baş komandan İlham Əliyevin başçılığı ilə bu müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı və Şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə bu qələbə Azərbaycana heç də asan başa gəlmədi. Çoxlu sayda əsgərimiz Şəhidlik zirvəsinə qalxdı və yaralanaraq Qazi oldular. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz isə tezliklə sağalsınlar, şəfa tapıb evlərinə ailələrinə dönsünlər. Ayrı-ayrı hegemon Dövlətlər Azərbaycanın qələbəsini və Türkiyə Cümhuriyyətin Dövlət və hökümət rəhbərlərinin Azərbaycanın yanında olmasını həzm edə bilmir, hər fürsətdə bu iki Dövlətə qarşı irəli sürdükləri əsassız ittihamlar hələ də gündəmdədir.

Belə bir çətin şəraitdə biz miting iştirakçıları, Mübariz Mənsimovun həbsdə qalmasını Türkiyə Cümhuriyyətinə həm iqtisadi və həm də diplomatik sahədə heç bir divident gətirməyəcəyini düşünürük . Bu gün müsəlman şərqində mövqelərini möhkəmlətməyə nail olsa da diğər ölkələrlə problemlərlə üzləşən belə həssas bir dönəmdə və həm də dünyanın pandemiya Covid 19 bəlasının rüzgarlarının Türkiyədən də yan keçmədiyi bir dövrdə Mübariz Mənsimov kimi böyük bir iş adamının günahsız yerə həbsdə qaldığı hər gün Türkiyənin və Azərbaycanın düşmənlərinin dəyirmanına su tökmək kimi bir şeydir. Biz konfrans iştirakçıları eləcə də Türkiyənin və Azərbaycanın vicdanlı media mənsublarına müraciət edərək xahiş edirik ki, bu haqq yolunda Mübariz Mənsimova dəstək olsunlar.

Mübariz Qurbanoğlu və eləcə də onun təsis etdiyi Palmali Şirkətlər Qurupu haqqında sifarişli, iftira dolu məqalələr çap etdirən, videosujetlər hazırlayan Türkiyə və Azərbaycanın Kütləvi İnformasiya vasitələrinin belə şər, böhtan dolu əməllərini qətiyyətlə pisləyir və bu işlə birbaşa məşğul olan mətbuat nümayəndələrini qərəzli olmamağa, öz peşələrinə vicdanla yanaşmağa çağırırıq.

Hörmətli Dövlət başçıları, Cənab Prezidentlər,

Bütün yuxarıdakıları nəzərə alaraq sizdən xahiş edirik ki, siyasi iradənizi ortaya qoyaraq, xeyirsevər iş adamı Mübariz Mənsimovun son məhkəməsində ədalətli qərar çıxararaq azadlığa çıxmasına yardım edəsiniz.

Hörmətlə “Vətən oğluna Azadlıq” adlı konfransın iştirakçıları

Zoom proqramı 27.12. 2020-ci il

Oxşar xəbərlər