İstanbul məhkəməsi Mübariz Mənsimovun həbsinə qərar çıxardı

  • 17 mart 2020, 10:08
Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbs olunub.
"Demokratik.Az" xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Mübariz Mənsimov FETÖ terror təşkilatına üzv olmaqda günahlandırılır. M.Mənsimov “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə saxlanılmışdı. Bu gün səhər saatlarında İstanbul məhkəməsi Mübariz Mənsimovun həbsinə qərar verib.
Xatırladaq ki, Azərbaycanlı iş adamı iki gün öncə də saxlanılmış, daha sonra sərbəst buraxılmışdı.
Xeyriyyəçi iş adamına yaxın dairələr və o özü ittihamları əvvəlindən rədd edir, basqıları böhtan adlandırır...
Demokratik.Az 
Oxşar xəbərlər