Mübariz Mənsimov həbsxanada halsızlaşıb, aclığı davam etdirir (FOTO)

  • 26 mart 2020, 13:13
Türkiyədə həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimov aclıq aksiyasını son nəfəsinədək davam etdirəcək kimi görünür.
Demokratik.Az xəbər verir ki, Mübariz Mənsimovun həbsxanadan yayılan son görüntüsü ürəkdağlayan halı ortaya qoyur.
"FETO" əlaqələri bəhanəsilə həbsə atılan soydaşımızın vəkilləri vasitəsi ilə verdiyi açıqamada aclıq aksiyasını ölüncəyədək davam etdirəcəyini bildirməsi beynəlxalq narahatlıq doğurur.
“Palmali” şirkətinin mətbuat katibi Fidan Quliyevanın sözlərinə gorə, aclıq aksiyası Mənsimovun səhhətini ağır duruma salıb, O, hazırda halsız vəziyyətdədir.
İş adamının tezliklə azad edilməsi üçün bir sıra təşkilatlar və "hüquqlarının müdafiə komitəsi" çağırışlar edir, Mənsimovun həbsdən azad edilməsi istiqamətində bir neçə vəkil birgə fəaliyyətlərini durmadan davam etdirirlər.

Oxşar xəbərlər