Karantin müddətində keçirilən toya polis basqın etdi, gəlin ağladı...

  • 12 dek 2020, 00:34
Türkiyənin Bursa şəhərində polis əməkdaşları koronavirus tədbirləri çərçivəsində qadağan olmasına rəğmən keçirlən toya basqın edib.
 
Basqın zamanı aralarında gəlin və bəyin də olduğu 25 nəfər cərimə olunub, gəlin isə göz yaşlarına hakim ola bilməyib.

Toyda iştirak edən bəzi qonaqlar polislərin gəldiyini görərək toy salonunun üst mərtəbəsində gizlənməyə çalışıb. Polis əməkdaşları isə otaqları tək-tək gəzərək gizlənən şəxsləri taparaq aşağıya endiriblər. 

Bəzi qonaqlar polis əməkdaşlarına məsuliyyətin toy sahiblərində olduğunu söyləyərək cərimə ödəməkdən imtina ediblər. Göz yaşlarına boğulan gəlinə isə rəfiqələri təsəlli verməyə çalışıb. /moderator/
Oxşar xəbərlər