Paşinyana xəbərdarlıq: “Onun başqa yolu yoxdur”

  • 09 dek 2020, 00:43
Vətəndaş itaətsizliyi aksiyası, iki katalikosun, prezidentin bəyanatları, müxtəlif siyasət, ictimaiyyət nümayəndələrinin, şəhər merlərinin fikirləri ondan xəbər verir ki, yüzdə-yüz konsensus var, Nikol Paşinyan getməlidir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Vətən” partiyasının sədri, Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanetsyan belə bir bəyanatla çıxış edib. “Onun başqa yolu yoxdur. Əgər o, bu gün qərar qəbul etsə, doğru olar. Hər gün bu qərarın təxirə salınması ölkəmizə birbaşa təhdiddir”, - Vanetsyan bildirib.
Oxşar xəbərlər