Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Dünyada » Paşinyan və erməni xalqı hətta ağrılı kompromislərə hazırdır - ŞƏRH
Paşinyan və erməni xalqı hətta ağrılı kompromislərə hazırdır - ŞƏRH
- 26 okt 2020, 21:05
Qarabağ müharibəsində ağır itkilər verən və bütün cəhdlərinə baxmayaraq, beynəlxalq aləmin dəstəyini qazana bilməyən işğalçı Ermənistanın terrorçu rəhbərliyi ağ bayraq qaldırmaq üzrədir. Baş nazir Nikol Paşinyanın bu gün sərgilədiyi mövqe belə qənaətə gəlməyə əsas yardır.
“Azərbaycan həmişə daha çox istəyib. Erməni xalqı kompromisslərə hazırdırmı? Düşünürəm ki, bəli, erməni xalqı hətta ağrılı kompromislərə hazırdır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan özünün feysbukdakı birbaşa çıxışında deyib.
Paşinyan iddia edib ki, erməni xalqı heç vaxt təslimçiliyi qəbul etməyəcək. Erməni baş nazir qeyd edib ki, resurslar əldə edib öz maraqlarımızı qorumalıyıq. N.Paşinyanın sözlərinə görə, onun ölkəsi elə situasiuya yaratmalıdır ki, Azərbaycanın tələbi təslim olmaq yox, kompromis olsun.
Açıq-aydın görünür ki, N.Paşinyan özünü sığortalamaq üçün xalqını təslimçiliyə hazırlayır. Dünənə qədər “Qarabağ Ermənistandır”, deyə, sərsəmləyən Paşinyan Azərbaycan Prezidentinin sərt xəbərdarlıqlarından sonra nəinki bu ifadəni dilə gətirmir, hətta “ağrılı güzəştlər”ə getməyə hazır olduğunu bəyan edir. Hansı ki, ətraf 7 rayon daxil Dağlıq Qarabağın Ermənistana birləşdirildiyi barədə sayıqlamalar söyləyən də bu idi.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Ermənistanda gözlənti - Paşinyan istefaya gedir
Nikol Paşinyan: "Ermənistan güzəştə getməyə hazırdır"
Koronavirusa yoluxan Paşinyan Azərbaycan ərazisindədir
Paşinyanın Azərbaycan xalqına həyasız müraciəti… – Şərh
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
Paşinyan kamera qarşısında çığırdı, bağırdı və dedi: "Vəziyyətimiz ağırdı"
Bütün Ermənistan küçələrə axışdı - CANLI YAYIM
"Ermənistanda hakimiyyət böhranı qələbəmizi sürətləndirəcək"
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti