"Ermənistanda hakimiyyət böhranı qələbəmizi sürətləndirəcək"

  • 08 okt 2020, 21:36
"Milli Təhlükəsizlik naziri Arqişti Kərəmyanı istefaya göndərməsi Paşinyan hakimiyyətinin parçalanmasının və gələcək süqutunun ifadəsidir".
Bu fikirlər millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruca məxsusdur.
Redaksiyamıza göndərdiyi açıqlamada Zahid Oruc qeyd edib ki, erməni xalqı 200 illik savaşı Azərbayacana uduzan şəxsi birincilikdə saxlamayacaq:

"Hələ bütün tabutlar İrəvana getdikcə erməni xalqı hərbi meydandakı acı uğursuzluqları öz rəhbərlərinə bağışlamayacaq. Kərəmyanın istefası çox böyük ehtiamalla Bakıdan məxfi informasiyalar ala bilməyən və yaxud onların etibarsızlığına əmin olan Paşinyanın çekistlərin içərisində ona qarşı dərinləşən itaətsizliyi bloklamaq tədbiridir. Lakin onun bütün daxili düşmənləri, ilk növbədə, Robert Koçaryan artıq öz komandasını formalaşdırmağa başlayıb.
Azərbaycan ordusunun tanklarını Şuşada görərək, heç olmasa silahlı əməliyyatların dayandırılmasında rol oynayacaq ermənistanlı lider Paşinyanın qənimi olacaq. Müharibə zəif erməni dövlətçiliyini məhv edir. Ona görə də azsaylı bir xalqın Qarabağda məğlubiyyəti düzgün tərcümə etməsi regional təhlükəsilzik və sülh üçün çox önəmlidir".
( musavat.com)
Oxşar xəbərlər