Müxalifət Paşinyana istefa tələbini netləşdirdi: "Gecə saat 00:00-da.."

  • 11 noy 2020, 20:38
Yerevanda etiraz aksiyası keçirən erməni müxalifəti baş nazir Nikol Paşinyana ultimatum verib.
Bu barədə Rusiyanın “Vzqlyad” nəşri məlumat yayıb.
“Biz Paşinyanın 00:00-a qədər istefa verməsini tələb edirik. Əgər verməsə, müvafiq qərarı ölkənin parlamenti qəbul etməlidir. Biz 00:00-a qədər gözləyəcəyik, əgər istefa olmasa, gecəyarısından sonra mətbuat konfransı çağıracağıq və gələcək addımlarımızı təqdim edəcəyik. İstənilən halda Paşinyan getməlidir”, - deyə “Daşnaksütyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.
Oxşar xəbərlər