Demokratik TV
Xəbər lenti
Paşinyan və Arutyunyan görüşündə məğlubiyyətin FOTOSU
- 22 noy 2020, 14:15
Ermənistanın Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi şücaət nəticəsində cəbhədə düçar olduğu acınacaqlı məğlubiyyət bu ölkənin diplomatiya müstəvisində də əl qolunu-bağlayıb.
Hərb meydanında dərsini almadan əvvəl işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq təzyiq mexanizmlərinin işə salınmaması, bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşma və ikili startlardan “ürəklənərək” qondarma “DQR”i hətta danışıqlar masasına belə oturtmağa cəhd göstərirdi.
Avqust ayında çəkilmiş bu foto qeyd etdiyimiz bütün amilləri nümayiş etdirir. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Araik Arutyunyanı qəbul edir və fonda Ermənistan bayrağı ilə yanaşı, qondarma rejimin bez parçası da asılıb.
Bu gün isə oxu.az-ın məlumatına görə, Araik Arutyunyan növbəti dəfə Nikol Paşinyanla görüşüb. Bugünkü mənzərə isə tamamilə fərqlidir. Artıq hətta Ermənistan baş nazirinin rəsmi qəbulunda belə qondarma “DQR bayrağı” asmağa cəsarət edilmir.
İki foto arasındakı fərq Azərbaycanın avqust ayından bu yana istər hərbi, istərsə də siyasi müstəvidə qazandığı tarixi qələbənin real mənzərəsini açıq şəkildə ortaya qoyur.
Foto bir daha təsdiqləyir ki, artıq Azərbaycan torpaqlarında hər hansı qondarma qurumdan söhbət belə gedə bilməz.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “dəmir yumruğumuz” hesabına əldə etdiyimiz qələbə nəinki bütün dünyaya, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyinə də bu həqiqəti qəbul etdirib.
Hərb meydanında dərsini almadan əvvəl işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi beynəlxalq təzyiq mexanizmlərinin işə salınmaması, bir çox hallarda Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyət tərəfindən laqeyd yanaşma və ikili startlardan “ürəklənərək” qondarma “DQR”i hətta danışıqlar masasına belə oturtmağa cəhd göstərirdi.

Bu gün isə oxu.az-ın məlumatına görə, Araik Arutyunyan növbəti dəfə Nikol Paşinyanla görüşüb. Bugünkü mənzərə isə tamamilə fərqlidir. Artıq hətta Ermənistan baş nazirinin rəsmi qəbulunda belə qondarma “DQR bayrağı” asmağa cəsarət edilmir.

Foto bir daha təsdiqləyir ki, artıq Azərbaycan torpaqlarında hər hansı qondarma qurumdan söhbət belə gedə bilməz.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “dəmir yumruğumuz” hesabına əldə etdiyimiz qələbə nəinki bütün dünyaya, hətta Ermənistanın hərbi-siyasi rəhbərliyinə də bu həqiqəti qəbul etdirib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Paşinyan Qarabağın "baş separatçısı"nı da döyüşə göndərdi?
Paşinyan və erməni xalqı hətta ağrılı kompromislərə hazırdır - ŞƏRH
Paşinyan Qarabağ separatçılarına yeni lider tapdı - Səfilyan
Nikol Paşinyan: "Ermənistan güzəştə getməyə hazırdır"
Ermənistan XİN rəhbəri Qarabağa gəldi
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
ŞOK! Qarabağa göndərilən Rusiya sülhməramlılarını niyə Araik Arutyunyan qəbul edib?
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yaydı
“Azad edilmiş ərazilərə Azərbaycan bayrağı sancıldı” – Prezident
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti